Əlaqə

Gəlin layihənizi birlikdə müzakirə edək

Formu doldurun — komandamız qısa müddətdə sizinlə əlaqə saxlayacaq.

FAQ

Tez-tez verilən suallar

Cavabını tapa bilmədiyiniz sual varsa, bizə yazın.

Qiymətlər necədir?

Qiymət təyin etmək üçün ilk öncə biznesiniz haqqında danışmağımız və analiz etməyimiz lazımdır. İstəklərinizi qeydə aldıqdan sonra göstəriləcək xidmət paketi hazırlanır və qısa vaxtda sizə təqdim edilir.

1 ayda satış artımına nə qarantiya verirsiniz?

Belə bir şeyin qarantiyasını vermək qeyri-professionallıq olardı. Bizim işimiz rəqəmsal platformalar vasitəsilə səhifələrinizə düzgün insanların trafik axınını təmin etməkdir. Satışın baş verməsi həmçinin məhsul və xidmətin qiymətinin rəqabətqabiliyyətliliyindən, müştəri ilə danışıq səviyyəsindən və sadalamadığımız onlarla digər amillərdən asılıdır. Əgər hər bir şey qaydasındadırsa bizim qarantiya verməyimizə ehtiyac yoxdur, məhsulunuz bazarda yavaş-yavaş öz mövqeyini tutacaq.

Hansı qiymət paketləriniz mövcuddur?

Təəssüf ki, biznesi analiz etmədən, sizinlə istəkləriniz və göstəriləcək xidmətlər barədə ətraflı danışmadan heç nə təklif edə bilmirik.

Ofis harada yerləşir? Necə görüşə bilərik?

Ofisdə görüşdən əvvəl sizinlə onlayn platformalar vasitəsilə və ya telefon üzərindən əlaqə yaradırıq. İstəklərinizi aydın şəkildə müəyyən etdikdən sonra sizə təklif paketi göndəririk. Təklif paketimiz sizə uyğun olarsa görüşərək geri qalan detalları müzakirə etmək mümkündür.